• cümə, 19 Aprel, 15:58
  • Baku Bakı 25°C

Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

07.08.18 11:00 374
Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib
Türkiyə və ABŞ Amerikanın ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib.
"Report" "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, Ankara və Vaşinqton iki ölkə arasında yaranmış problemi birlikdə həll etməyə hazır olduqlarını ifadə edib.
Bununla yanaşı məlum olub ki, türkiyəli məmurlar nazirlərlə bağlı sanksiyaları müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəklər.
Avqustun 1-i ABŞ-ınMaliyyə NazirliyiAnkaranın amerikalı keşiş Endryu Bransonu vətəninə təhvil verməməsi səbəbindən Türkiyənin iki nazirinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb. Sonradan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu bu sanksiyalara görə cavab tədbirləri ilə hədələyib.
banner

Oxşar Xəbərlər