• cümə, 29 Mart, 04:15
  • Baku Bakı 7°C

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub

29.03.17 16:15 690
Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub
Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşkilatçılığı ilə Ankara Universitetinin dosenti Ömər Kutlu "Bolonya süreci ve Yeterlikler” mövzusunda mühazirə oxuyub. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi mühazirədə Ö.Kutlu "Bilgi-becerik-yetkinlik” adlı slayd nümayiş etdirib, Bolonya sisteminin tarixi, təhsilin müxtəlif sahələrində tətbiq olunması barədə ətraflı məlumat verib.
Mühazirə qarşılıqlı müzakirələrlə sona yetib.
Qeyd edək ki, Ö.Kutlu universitetlərarası əməkdaşlıq çərçivəsində ADU-da AYÖS (Ankara Üniversitesi Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanının təşkil olunması ilə əlaqədar ölkəmizə təşrif buyurub.
banner

Oxşar Xəbərlər