• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb

21.01.18 09:00 500
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
Türkiyə Silahlı QüvvələrininSuriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
"Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.) şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar AzadSuriyaOrdusu ilə birgə əməliyyat keçirəcək”, - deyə B.Yıldırım qeyd edib.
Qeyd edək ki, Türkiyə ordusu dünən Bakı vaxtı ilə saat 18.00-daSuriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər