• cümə, 19 Aprel, 16:45
  • Baku Bakı 25°C

Ankara Rusiyadan Su-57 təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır

30.08.19 21:45 1226
Ankara Rusiyadan Su-57 təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır
Ankara və Moskva Rusiya istehsalı olan Su-57 qırıcı təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparır.
AZƏRTACyerli KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Danışıqlar aparılır. MAX-2019 aviasiya sərgisi başa çatdıqdan sonra bizim nazirliklərin nümayəndələri Rusiyada qalıb. Kreditləşmə və birgə istehsalla bağlı şərtlərimizi danışıqlar masasına qoyacağıq”, - deyə Ərdoğan jurnalistlərə bildirib.
Prezidentin sözlərinə görə, Vaşinqton Türkiyənin F-35 proqramında iştirakına dair mövqeyini dəyişməsə, Ankara vəziyyətdən çıxış yolları axtaracaq.
Avqustun 27-də Türkiyə və Rusiya prezidentləri MAX-2019 beynəlxalq aviasalonunu ziyarət edib. Rəcəb Tayyib Ərdoğan əsasən Su-35 və Su-57 qırıcı təyyarələri ilə maraqlanıb.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 "Triumf” zenit-raket komplekslərinin alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Türkiyə ilə ABŞ-ın münasibətlərində çatlar yaradıb. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı tələb edib. Əks-təqdirdə F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib. Ankara geri çəkilməyib və nəticədə Türkiyə F-35 proqramında iştirakdan kənarlaşdırılıb.
banner

Oxşar Xəbərlər