• cümə, 29 Mart, 05:12
  • Baku Bakı 7°C

Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir

15.01.18 09:10 353
Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir
VaşinqtonunSuriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planı yolverilməzdir. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
"ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək", - deyə İbrahim Kalın qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiyaSuriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.
APA-nın «Gazeta.ru»-ya istinadən verdiyi xəbərə görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.
Alyansın «SuriyaDemokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.
«Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb.
Onun sözlərinə görə, yeni qüvvələrSuriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habeləİraqvə Türkiyə sərhədləri bou yerləşdiriləcək.
banner

Oxşar Xəbərlər