• cümə, 26 Aprel, 17:55
  • Baku Bakı 23°C

Anım günlərinin formatı dəyişməlidir - MÜRACİƏT

15.05.15 11:04 945
Anım günlərinin formatı dəyişməlidir - MÜRACİƏT
“Ermənistan tərəfindən işğal olunmuş bölgələrimizin anım günlərinin formatını dəyişmək lazımdır. Hazırda yalnız işğal günləri həmin bölgələrin sakinləri toplaşaraq bu günü qeyd edirlər. Niyə yalnız həmin bölgənin sakinləri? Şuşa yalnız şuşalıların deyil, bütün azərbaycanlılarındır. Digər işğal olunmuş rayonlar da həmçinin”.
Bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” Beynəlxalq Kampaniyası çərçivəsində yaradılan Media İşçi Qrupunun rəhbəri Elşad Eyvazlı səsləndirib.
O, qeyd edib ki, rayonlarımızın işğal günləri Azərbaycan mətbuatı tərəfindən daim diqqət mərkəzində saxlanılır, həmin günlər rayonlarla bağlı silsilə yazılar dərc olunur: “Bu məsələdə Azərbaycan mətbuatı çox böyük iş görür. Biz bununla bağlı Azərbaycan mediasının monitorinqini aparmışıq. Monitorinqin nəticələrinə əsaslanıb bu fikirləri söyləyirik. Lakin bu fəallığı bütün ictimaiyyətə aid etmək olmur.
Bir daha qeyd etmək istərdim, adətən işğal olunmuş rayonların anım günləri dar çərçivədə qeyd olunur. Belə mərasimlərə həmin rayon icra strukturlarının nümayəndələri, bu ərazidən seçilmiş millət vəkilləri və həmin rayon sakinləri toplaşır. Halbuki həmin tədbirlər bütün Azərbaycanın diqqət mərkəzində olmalıdır. Şuşa yalnız şuşalılar, Kəlbəcər yalnız kəlbəcərlilər üçün itki deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Torpaqların işğalı hamımızın ümumi dərdidir və bu tarixlərin unudulmasına yol vermək olmaz. Anım günlərini adiləşdirmək olmaz”.
E.Eyvazlı bildirib ki, Medıa İşçi Qrupu bu məsələ ilə bağlı bütün dünya azərbaycanlılarına müraciət ünvanlayıb: “Müraciətimizin məqsədi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bu məsələyə həssas yanaşmasını rica etməkdir. Hər bir azərbaycanlı özünə sual versin ki, o, Qarabağ üçün nə edib.
Hər bir azərbaycanlı bu məsələdə özünün məsuliyyət daşıdığını unutmamalıdır. Rayonlarımızın işğal günləri bütün azərbaycanlılar tərəfindən anılmalıdır.
Biz demirik ki, həmin günlər ağlaşma quraq. Bunun tam əksinəyik. Həmin günlər bizlər üçün qisas günü olmalıdır. İstəyimiz ondan ibarətdir ki, işğal günlərini anmağı yalnız məcburi köçkünlərə buraxmayaq”.
banner

Oxşar Xəbərlər