• cümə axşamı, 18 aprel, 12:02
  • Baku Bakı 22°C

Angela Merkel İlham Əliyevi təbrik etdi

25.10.13 12:06 1471
Angela Merkel İlham Əliyevi təbrik etdi
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcək.
Ölkənizin inkişafına, xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm.
Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır.
Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm”.
Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk da Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb.
GERB Partiyasının sədri, 2009-2013-cü illərdə Bolqarıstanın baş naziri olmuş Boyko Borisov, Moldova Elmlər Akademiyasının prezidenti, Moldova hökumətinin üzvü, akademik George Duka da Azərbaycan prezidentini təbrik ediblər.
banner

Oxşar Xəbərlər