• cümə, 29 Mart, 19:11
  • Baku Bakı 14°C

Anemiya və bu kimi xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək

09.09.19 12:15 646
Anemiya və bu kimi xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək
Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün müvafiq qanunvericiliyin qəbul edilməsi zəruridir.
Trend-in məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Anemiya və digər mikroelementlərin çatışmazlığının artıq dünyanın bir çox ölkələrinin problemi olduğunu deyən M.Quliyev əlavə edib ki, bu məsələni qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həll edən ölkələr artıq müəyyən uğurlar əldə ediblər:
"Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Düşünürəm ki, Milli Məclis hökumət və UNİCEF-lə birgə Azərbaycanda qanun qəbul edəcək. Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmələr keçirəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək".
banner

Oxşar Xəbərlər