• cümə axşamı, 28 mart, 14:14
  • Baku Bakı 16°C

Andrea Bocelli Azərbaycana “gətirildi”

01.05.14 13:25 1932
Andrea Bocelli Azərbaycana “gətirildi”
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişinin ötən həftə qonağı istedadlı müğənni Amil Həsənoğlu olub. Həmin verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirib.
Kaspi.az-a verilən məlumata görə, Amil Həsənoğlu Andrea Bocellinin “Time to Say Goodbye” mahnısını ifa edib. Cümə axşamı saat 15:15 də nümayiş olunan veriliş böyük maraq doğurub.
Andrea Bocelli obrazını yaradan Amil Həsənoğlu əlil bir insanın obrazını yaratmağın heç də asan olmadığını deyir: “Mənim üçün dünya şöhrətli, gözdən əlil bir ifaçının obrazını canlandırmaq çox çətin idi. Mənə bu obrazı yaradacağım söyləniləndə, açığını desəm, bir az qorxdum. Çünki adi normal bir ifaçını canlandırmaq olar, amma gözdən əlil bir ifaçını həm ifa, həm də zahiri cəhətdən canlandırmaq çətin idi. Ümumiyyətlə, qüsursuz insanı yaratmaq çətin məsələdir. Komanda şəklində biz bunun öhdəsindən gəldik. Qrim ustası Maqsud Məmmədovun çox əziyyəti oldu. Mən bir az kiloluyam, ancaq efirdə arıq görsənməyim üçün mənə qrim etdi. Bu layihədə çalışan insanlar çox istedadlıdır. Bu qədər əziyyətin sonunda gözəl nəticə əldə etdik. Bu həm mənim, həm də komandanın uğurudur”.
Verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı Ətrabə Babayeva, operatoru isə Ruslan Ağazadədir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər