• çərşənbə axşamı, 23 aprel, 16:00
  • Baku Bakı 24°C

Ançelotti sayın azaldılmasını istəyir

30.10.17 15:45 934
Ançelotti sayın azaldılmasını istəyir
"Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti "Radio Rai”nin qonağı olub.
Kaspi.az xəbər verir ki, Ançelotti A seriyasında komandaların sayının azaldılmasının tərəfdarı olduğunu bildirib. O, "özünüzü hansı komandada görmək istəyirsiniz” sualına zarafatyana cavab verib:
"Mən istənilən komandanın skamyasında yaxşı görünərdim, hətta "Roma”nın da. Ancaq bu haqda danışmaq istəmirəm, çünki sabah hər şey yayılacaq və "Roma”nın baş məşqçisi Di Françesko mənə qəzəblənəcək.
"Milan”ın çıxışına gəldikdə, onlar bir qədər axsayırlar. Bu da heyətdəki köklü dəyişikliklərlə bağlıdır. Vaxt lazımdı. Hesab edirəm ki, A seriyasında komandaların sayı 20-dən 18-ə endirilməlidir”.
banner

Oxşar Xəbərlər