• cümə axşamı, 25 aprel, 04:53
  • Baku Bakı 19°C

Ançelotti: ““Qalatasaray“ yaxşı oynadı“

18.09.13 13:33 1211
Ançelotti: ““Qalatasaray“ yaxşı oynadı“
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Qalatasaray"ı darmadağın edən Madridin "Real" klubunun baş məşqçisi Karlo Ançelotti qələbəyə şərh verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 6:1 hesablı qələbəyə rəğmən qalibiyyəti çətinliklə qazandıqlarını bildirib:
"Bu oyunda qələbəni asanlıqla qazanmadıq. Hesab oyuna görə deyildi. İlk hissədə "Qalatasaray" daha yaxşı oynadı və bizə çətin anlar yaşatdı. Onlar bizdən daha yaxşı oynadılar. Ancaq ikinci hissədə Benzema və Ronaldu ilə boşluqlardan yararlandıq. Digər oyunun da heç-heçə bitməsi bizi ilk oyundaca qrup lideri etdi".
banner

Oxşar Xəbərlər