• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Anatoli İksanov: “Ən mühümü odur ki, keçmiş Sovet ölkələrindən milyonlarla insan bir daha Gəncə barədə eşid

18.03.17 16:30 860
Anatoli İksanov: “Ən mühümü odur ki, keçmiş Sovet ölkələrindən milyonlarla insan bir daha Gəncə barədə eşid
"Gəncənin Novruz günlərindəMDB-nin mədəniyyət paytaxtı elan edilməsinin dərin simvolik mahiyyəti var”. APA-nın məlumatına görə, bunuMDBiştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy deyib.
O, Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncənun bu gün bu qədər cavan olmasından məmnunluğunu ifadə edib: "Dərin mədəniyyət ənənələrinin müasir inkişafla birləşməsi şəhəri çox cəlbedici edir. Burada Azərbaycanın Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dünya şöhrətli şairləri dünyaya gəlib, fəaliyyət göstərib. Bizim üçün bu şəhərin paytaxt elan edilməsi çox vacibdir. Həmçinin hesab edirik ki, bu il Gəncə sakinləri üçün elm, təhsil, mədəniyyətə dair aktiv proqramlarla dolu bir il olacaq. Mən əminəm ki, siz Azərbaycanın sərhədlərindən kənarda mövcud olanMDBölkələrinin mədəniyyətini burada hiss edə biləcəksiniz. Azərbaycan mədəniyyətinin digər ölkələrin mədəniyyətləri ilə qarşılıqlı əlaqələri Gəncə üçün də son dərəcə faydalı olacaq”.
MDBDövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov bildirib ki, bu, postsovet məkanında 2011-ci ildən fəaliyyət göstərən çox gözəl layihədir: "Ən mühümü odur ki, keçmiş Sovet ölkələrindən olan milyonlarla insan bir daha Gəncə barədə eşidəcək, necə şəhər olduğunu biləcək. Çoxsaylı mədəniyyət, elm nümayəndəsi bu il ərzində Gəncəyə gələcək, tanışlıqlar həyata keçiriləcək. Onlar bu şəhərin çoxəsrlik mədəniyyətini hiss edəcəklər”.
banner

Oxşar Xəbərlər