Anası “Real”a xəbər göndərdi ki...
Kilian Mbappe
PSJ-dən gələcək növbəti təklifdən imtina etməyə hazırlaşır.
Kaspi.az xəbər
verir ki, PSJ yaxın günlərdə Mbappeyə yeni müqavilə təklif etmək niyyətindədir.
Ancaq deyəsən, futbolçunun fikri "Real”da çıxış etməkdir.
Məlumata görə,
Mbappenin anası artıq "Real” rəhbərliyi ilə əlaqə saxlayıb. O, "kral klubu”na,
Mbappenin PSJ-nin təklif edəcəyi yeni müqaviləni imzalamayacağı barədə məlumat
verib.
Mbappenin ailəsi
həm PSJ-yə təzyiq etməyi, eyni zamanda "Real”la danışıqları intensivləşdirməyi
düşünür. Kilianın qüvvədə olan müqaviləsi 2022-ci il iyunun 30-na qədər nəzərdə
tutulub.