• cümə axşamı, 25 aprel, 07:55
  • Baku Bakı 14°C

Anar yenidən AYB sədrliyinə namizəd olacaq

13.06.14 10:30 1206
Anar yenidən AYB sədrliyinə namizəd olacaq
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, Anar bildirib ki, namizədliklə bağlı ona çoxsaylı suallar ünvanlansa da, o, indiyədək qərarını açıqlamamışdı: “Anar müəllim bildirib ki, Yazıçılar Birliyinin növbəti beş ildə sədrliyi üçün qurultaya öz namizədliyini irəli sürəcək. Qurultay nümayəndələri onu yenidən bu postda görmək istəsələr və səs versələr, əlbəttə, yenidən sədr postunda seçilmək istəyər”.
X.Rza əlavə edib ki, birliyin 80 illik yubileyi münasibətilə xalq yazıçısı və digər fəxri adlarla bağlı təqdimatlar artıq göndərilib./apa/
banner

Oxşar Xəbərlər