• cümə axşamı, 28 mart, 20:31
  • Baku Bakı 13°C

Anar Bağırov: "Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır"

21.02.18 12:51 640
Anar Bağırov: "Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır"
"Ölkədə fəaliyyət göstərənvəkillərin sayı azdır, minə yaxın hüquqşünas var".
APA-nın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar BağırovAMEA-nın Hüquq və İnsan Haqları İnstitutu " Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi kimi" mövzusunda keçirilmiş konfransda deyib.
A. Bağırov deyib ki, hazırda bu istiqamətdə lazımı tədbirlər görülür: "Dövlət başçısının vəkillərin sayının artırılmasına dair tövsiyələri də var. Zəruri tədbirlər görülür".
Vəkillərin sübutlara çatmaq baxımından əziyyət çəkdiklərini vurğulayan A. Bağırov deyib ki, bu,vəkillərin fəaliyyəti üçün problem yaradır: " Düşünürəm ki, vəkillərin sübutlara çatımlığı daha da genişləndirilməlidir".
Vəkillərin tibb hüququ sahəsində lazımı bilik və səriştəyə malik olmadığını vurğulayan A. Bağırov deyib ki, Kollegiya vəkillər tərəfindən bu sahənin daha yaxından öyrənilməsi üçün səylər göstərəcək: "Vəkillərimiz əvvəlki tədris proqramları üzrə təhsil alıb. Tibb hüququ fənni üzrə tədris proqramları, saatlar nəzərdə tutulmalıdır. Nəinki vəkillər, hakimlər üçün də kursların hazırlanması vacibdir. Qısa zamanda bu işlər görülməlidir. Vəkillər Kollegiyasının potensialı genişdir və bu sahədə sıx əməkdaşlığa hazırdır".
banner

Oxşar Xəbərlər