• şənbə, 20 Aprel, 15:27
  • Baku Bakı 23°C

Anar Bağırov: "Çirkli pulların "yuyulması" probleminə nəzarət artırılacaq"

08.12.17 14:00 2840
Anar Bağırov: "Çirkli pulların "yuyulması" probleminə nəzarət artırılacaq"
"Vəkillər çirkli pulların qanunsuz "yuyulması" faktlarına rast gələrsə, bu zaman mütləq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verməlidirlər".
APA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
A.. Bağırov deyib ki, bu, vəkillərin borcudur və Vəkillər Kollegiyası buna nəzarəti artıracaq: "Biz bu sahəyə nəzarəti artıracağıq. Çünki bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da çirkli pulların "yuyulmasına" qarşı mübarizə aparılır. Vəkillərin bununla bağlı təqdim etdiyi məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinq Palatasına təqdim olunacaq. Biz Maliyyə Monitorinq Palatası ilə əməkdaşlıq edirik və bunu gizlətmirik. Çirkli pulların yuyulmasına qarşı mübarizə bu sahədə əməkdaşlığı zəruri edir".
banner

Oxşar Xəbərlər