• çərşənbə, 17 Aprel, 01:25
  • Baku Bakı 14°C

Ananın ölümünə həkim səhlənkarlığı səbəb olubmuş

27.06.13 08:29 1472
Ananın ölümünə həkim səhlənkarlığı səbəb olubmuş
Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı xəstə Hüseynova Maral Ümidvar qızının ölüm faktı ilə bağlı cinayət işi başlanılıb.
Vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, həmin işlə bağlı məhkəmə tibb ekspertizası keçirilib. Ekspertizanın rəyinə əsasən ölüm faktı həkimin səhlənkarlığı nəticəsində baş verib. Həmin işlə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma davam etdirilir.
Qeyd edək ki, bu il mayın 14-də Respublika Perinatal Mərkəzində ana və uşaq ölümü faktı qeydə alınıb.
1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. M. Fətəliyevanın dayısı Etibar Fətəliyev APA-ya açıqlamasında deyib ki, üçüncü dəfə ana olmağa hazırlaşan Maral 5 aylıq hamilə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, NZS qəsəbə sakini, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizidir. Hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib.
banner

Oxşar Xəbərlər