• cümə, 29 Mart, 03:17
  • Baku Bakı 7°C

ANAMA-nın mütəxəssisləri Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlayıblar

20.08.18 19:00 597
ANAMA-nın mütəxəssisləri Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlayıblar
Avqustun 20-də saat 07:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 08:10-da Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Lənkəran rayonunun dəniz sahili ərazisində bir minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-danAZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri, rayon polis şöbəsinin və Sahil Mühafizə Xidmətinin əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən tank əleyhinə bir mina (TM-62P3) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ANAMA tərəfindən yanvarın 1-dən avqustun 20-dək 3577 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə doqquz mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 112 min 115 kvadratmetr ərazi yoxlanılıb.
banner

Oxşar Xəbərlər