• cümə, 19 Aprel, 02:41
  • Baku Bakı 18°C

Analitiklər: Qətər böhranı neftin və qazın qiymətinə təsir etməyib

17.06.17 21:30 1276
Analitiklər: Qətər böhranı neftin və qazın qiymətinə təsir etməyib
Qətər böhranı neftin və qazın qiymətinə təsir etməyib.
Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin Qətərə tətbiq etdiyi diplomatik sanksiyalar dünyada və Yaxın Şərqdə əsas müzakirə mövzusuna çevrilib. İyunun 5-də Qətər böhranın baş verməsi ilə hər kəsin ağlına gələn ilk sual bu oldu: Bu proses neftin və qazın qiymətinə necə təsir edəcək?
Analitiklərin fikrincə dünyanın bir nömrəli təbii qaz ixracatçısı olan Qətərə tətbiq edilən sanksiyalar qısa müddətdə neftin qiymətinə təsir etməyib.
AZƏRTACxəbər verir ki, dünyada qaz ehtiyatlarına görə üçüncü olan Qətərin 25,7 trilyon kubmetr sübut olunmuş təbii qaz ehtiyatları var. Bu, dünya üzrə sübut edilmiş təbii qaz ehtiyatların təxminən 15 faizini təşkil edir. Hər il 77 milyon ton qaz ixrac edən Qətər ən böyük iki qaz yatağından birini isə İranla bölüşür. Fars Körfəzindəki "Şimal Günbəz” yatağının bir hissəsi İranın su sərhədlərində qalır. İran həmin hissəyə "Cənubi Fars” adı verib.
Qətərdə ilk neft 1939-cu ildə kəşf edilib. Lakin İkinci Dünya müharibəsi ilə əlaqədar "qara qızıl”ın hasil olunması təxirə salınıb.
Adambaşına düşən milli gəlir 100 min dollardan çox olan Qətər bu sahədə dünyada ilk sıralarda yer alan ölkələrdən biridir. Əhalinin yalnız 12 faizi qətərlilər olan ölkədə yüz minlərlə əcnəbi işçi çalışır. Qətərdə işsizlik nisbəti 0,4 faizdir.
banner

Oxşar Xəbərlər