AZE | RUS | ENG |

Analitika mərkəzi: İqtisadi fərq rekord göstəriciyə çatıb

Analitika mərkəzi: İqtisadi fərq rekord göstəriciyə çatıb
2018-ci ildə Azərbaycan və Ermənistanın iqtisadi potensialları arasındakı fərq rekord göstəriciyə çatıb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuat konfransında deyib.

İcraçı direktor bildirib ki, Azərbaycanın iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə, strateji valyuta ehtiyatlarını 20 dəfə, əhali sayını isə 3,3 dəfə üstələyir.

V.Qasımlı əlavə edib ki, Ermənistanın dörd dövlət sərhədindən ikisi bağlıdır, ikisi isə məhdud imkanlarla işləyir:

"Bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalan işğalçı ölkə zəifləməkdə və Azərbaycanın kölgəsində qalmaqda davam edir”.

İcraçı direktor vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalından əl çəksə, Azərbaycanın imkanları hesabına bütün regionun inkişafı üçün şərait yarana bilər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202