• cümə axşamı, 28 mart, 12:55
  • Baku Bakı 16°C

Analitik: Ermənistanın təsir etmək cəhdləri boşa çıxdı

11.11.18 16:21 536
Analitik: Ermənistanın təsir etmək cəhdləri boşa çıxdı
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etmək cəhdləri boşa çıxdı. Bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
O qeyd edib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad olundu. Qərarı KTMT Şurası qəbul edib. Bununla da Ermənistan tərəfindən başladılan Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru sona çatdı. KTMT baş katibinin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək. Rəsmi Yerevan Yuri Xaçaturovun geri çağırılması haqqında qərarı onun "1 mart işi"nə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün qəbul edib. Yuri Xaçaturova qarşı "Konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O, azadlığa girov əsasında buraxılıb. Xatırladaq ki, prezident seçkilərindən sonra 2008-ci il fevralın 19-da ölkədə etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları bildirirdilər ki, seçkidə məhz Ter-Petrosyan qələbə qazanıb və səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edirdilər. 2008-ci il martın 1-də nümayişin dağıdılması zamanı silahdan istifadə edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla on nəfər həlak olub. Yuri Xaçaturov kütləvi etiraz aksiyaları zamanı Yerevan Silahlı Qüvvələr qarnizonunun rəisi olub və istintaqın versiyasına görə nümayişin dağıdılmasına rəhbərlik edib".
Analitikin sözlərinə görə, Astanada keçirilən zirvə görüşü bir daha göstərir ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər:
"Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etməyə çalışıb. Lakin rəsmi Yerevanın bu cəhdləri boşa çıxdı, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov da hesab edir ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın lehinə deyil. Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət qurumun nüfuzuna da xələl gətirib. Bundan sonra nə olacaq? İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək".
banner

Oxşar Xəbərlər