• çərşənbə axşamı, 19 mart, 15:16
  • Baku Bakı 8°C

Anadolu Agentliyinin Misirdə həbs olunan əməkdaşları azadlığa buraxılıb

19.01.20 16:49 1150
Anadolu Agentliyinin Misirdə həbs olunan əməkdaşları azadlığa buraxılıb
Türkiyənin Anadolu Agentliyinin yanvarın 14-də Misirdə həbs olunan əməkdaşları azadlığa buraxılıb.
AZƏRTACxəbər verir ki, bu barədə Anadolu Agentliyinin baş direktoru Şenol Kazancı məlumat verib.
Məlumatda bildirilir ki, agentliyin Qahirədə həbs edilən dörd əməkdaşı sərbəst buraxılıb.
Xatırladaq ki, yanvarın 14-də axşam saatlarında Misir polisi Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparmış və agentliyin dörd əməkdaşını həbs etmişdi.
Türkiyəli həmkarları ilə həmrəylik nümayiş etdirənAZƏRTACMisir polisinin Anadolu Agentliyinin jurnalistlərinə qarşı bu hərəkətini yolverilməz hesab etdiyini bildirib və həbs olunan əməkdaşların dərhal azadlığa buraxılmasını tələb edib.
banner

Oxşar Xəbərlər