• çərşənbə, 24 Aprel, 14:38
  • Baku Bakı 27°C

Ana və iki azyaşlı uşağını maşın vurdu, uşaqlardan biri öldü

02.09.13 09:17 1457
Ana və iki azyaşlı uşağını maşın vurdu, uşaqlardan biri öldü
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə alınıb.
Asəf Əsgərov idarə etdiyi 90-EZ-736 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili arxadan Murad Talıb oğlu Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı avtomobilə çırpıb.
Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı və oğlu - 5 yaşlı Əlini vurub.
Nəticə Əli hadisə yerində ölüb, E. İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
banner

Oxşar Xəbərlər