• şənbə, 20 Aprel, 16:18
  • Baku Bakı 23°C

“Amul-Xəzər 2018” avtorallisinə həsr olunan mediaforum keçiriləcək

05.08.18 10:21 687
“Amul-Xəzər 2018” avtorallisinə həsr olunan mediaforum keçiriləcək
Avqustun 5-də Türkmənistanın paytaxtı Aşqabadda "Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunan media forum keçiriləcək.
AZƏRTACxəbər verir ki, forumda bir sıra ölkələrdən informasiya agentliklərinin, qəzet, jurnal, internet portallarının nümayəndələri, televiziya kanallarının əməkdaşları, idmançılar, müşahidəçilər iştirak edəcəklər.
Kütləvi informasiya vasitələrinin və sözügedən sahənin nümayəndələrini bir araya gətirəcək "Amul-Xəzər 2018” mediaforumu Aşqabad Olimpiya Şəhərciyində təşkil olunacaq.
Qeyd edək ki, "Amul- Xəzər 2018” avtoralli yarışları sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək. Trasa SSV sinfinə məxsus minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.
banner

Oxşar Xəbərlər