• çərşənbə, 17 Aprel, 01:08
  • Baku Bakı 14°C

Amsterdamda AAK-ın qurultayı keçirilir - Fotolar

27.02.18 13:55 1348
Amsterdamda AAK-ın qurultayı keçirilir - Fotolar
Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı başlayıb.
APA-nın məlumatına görə, qurultayda Azərbaycan prezidentinin İctimai məsələlər üzrə köməkçisiƏli Həsənov,Diasporla İş üzrə Dövlət Komitəsinin sədriNazim İbrahimov, AAK prezidenti Sahil Qasımov, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, AzərbaycanınAvropa İttifaqıyanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, ictimai-siyasi xadimlər, Avropa ölkələrindəki diaspor nümayəndələri, Azərbaycanın bir sıra aparıcı KİV rəhbərləri və digər qonaqlar iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədriNazim İbrahimovçıxışı zamanı prezidentİlham Əliyevin və Azərbaycan dövlətinin xaricdəki diaspor nümayəndələrinə diqqət və qayğısından, ölkə həqiqətlərinin dünyada daha intensiv təbliğindən danışıb.
Sonra Ə. Həsənov və N. İbrahimov Azərbaycan prezidentinin təltif etdiyi şəxslərə mükafatları təqdim ediblər.
Qurultay çıxışlar və panellər üzrə davam edəcək. QurultaydaAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 31 Mart-azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər müzakirə olunacaq, qurultayın idarə heyətinin hesabatı dinləniləcək, o cümlədən "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" adlı panel təşkil olacaq. APA Holdinqin prezidenti Vüsalə Mahirqızı paneldə çıxış edəcək.
Qeyd edək ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:

Rüstəmxanlı Tənzilə Yolçu qızı
Ali Tekin Atalar
Allahverdiyeva İlhamə Kəmənd qızı
Babayeva Ofelya Rəhim qızı
Boçarov Yuri Borisoviç
Demirçi Ayhan Yunus oğlu
Əhmədov Eldar Məmməd oğlu
Əliyev Yunus Dəmir oğlu
Əsgərov Məhəmməd Xəlil oğlu
Hacıyev Qüdrət Əli oğlu
Qarayev Ələkbər Qara oğlu
Muradlı Arzu Oqtay qızı
Nəsirov Seymur Rahim oğlu
Osman Əsli Əli qızı
Rəhimli Səftər Mikayıl oğlu
Rəhman Vaqif Yusuf oğlu

Medal və mükafatlarPrezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov vəDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tərəfindən təqdim olunub.










banner

Oxşar Xəbərlər