• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

Amsterdam bələdiyyəsi məhkəməyə veriləcək

16.04.18 14:50 823
Amsterdam bələdiyyəsi məhkəməyə veriləcək
"Amsterdam bələdiyyəsini məhkəməyə verəcəyik”.
Bunu APA-nın Türkiyə bürosuna Türkiyənin Vətən Partiyasının Hollandiya təmsilçisi Əhməd Uyar deyib. Əhməd Uyar bildirib ki, Amsterdam kilsəsinin divarına qondarma "erməni soyqırımı” lövhəsi yapışdırılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək.
"Qondarma "soyqırımı”nı simvolizə edən lövhənin kilsə divarından asılmasına Amsterdam bələdiyyəsi icazə verib. Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən, siyasi qurumların tarixi hadisələr barədə qərar vermək və onları simvollaşdırmaq hüququ yoxdur. Hazırda biz bu məsələ üzərində ciddi şəkildə çalışırıq. Lövhənin aprelin 21-də asılması planlaşdırılıb ki, bu da ayrı bir hiyləgərlikdir. Bu işlə bağlı ən bilikli və obyektiv vəkili tutacağıq. Yaxın günlərdə Amsterdam bələdiyyəsini məhkəməyə verəndən sonra daha geniş açıqlamamız olacaq. Qondarma iddialara qarşı Avropa miqyasında mübarizəmiz davam edəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Türk siyasətçisi Doğu Perinçəkin 2008-ci ilin iyununda İsveçrə barədə şikayət verməsindən sonra Avropa İnsan Haqları Məhkəməsi 17 dekabr 2013-cü ildə qəbul etdiyi qərarda 1915-ci il hadisələrinin "soyqırımı” kimi xarakterizə edilə bilməyəcəyinə işarə edib. AİHM Böyük Palatası 28 yanvar 2015-ci ildə qərarı təsdiqləyərək, bununAvropa Şurasının üzvü olan ölkələrə şamil olunduğunu açıqlayıb.
banner

Oxşar Xəbərlər