AZE | RUS | ENG |

AMOR fəalları XIII Ümumrusiya gənc jurnalistlər festivalında mükafata layiq görülüblər

AMOR fəalları XIII Ümumrusiya gənc jurnalistlər festivalında mükafata layiq görülüblər
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) gənc jurnalistlər komandası XIII Ümumrusiya gənc jurnalistlər festivalında mükafata layiq görülüb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR-un fəalları martın 15-17-də Rusiya paytaxtında keçirilən XIII Ümumrusiya gənc jurnalistlər festivalında iştirak ediblər.
 
Festivalda  Moskva, Zelenoqrad, Sankt-Peterburq, Kaluqa, Perm və Sverdlovsk vilayətləri, Korolyev, Ximki, Serpuxov və Elektrostal, Cənubi Saxalin, Volqoqrad, Petrozavodsk, Ryazan şəhərlərinin 22 məktəbli və 18 tələbə komandası qüvvəsini sınayıb.
 
Rusiya Jurnalistlər İttifaqı və Moskva Dövlət Mədəniyyət İnstitutu tərəfindən təşkil olunan festivalda AMOR-un gənc jurnalistlər komandası dörd nominasiyada mükafata layiq görülüb.
 
AMOR fəalları Darya Zayets, Eldar Həsənov, Çiçək Bəxtiyarzadə və Elçin İsmayılov müxtəlif nominasiyalarda festivalın mükafatını qazanıblar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000