• cümə, 29 Mart, 04:44
  • Baku Bakı 7°C

AMOR fəalları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

20.01.17 21:15 815
AMOR fəalları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları20 yanvarşəhidlərinin xatirəsini yad ediblər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR fəalları Azərbaycanın Rusiyadakı səfirliyinin binası önünə gül dəstələri düzüblər.
AMOR-un İdarə Heyətinin üzvü Emin Hacıyev gənclərə öz xalqının tarixinə laqeyd yanaşmadığına görə, təşəkkürünü bildirib: "20 Yanvartarixi bizim ölkəmizin tarixində və hər birimizdə qanlı iz qoyub. 27 il keçməsinə baxmayaraq biz, azadlığımız naminə öz canlarından keçmiş qəhrəmanların xatirəsini yad edirik".
AMOR nümayəndəsi xaricdə yaşayan hər bir azərbaycanlının vətənimizin müstəqilliyi uğrunda həlak olan insanların xatirəsini yad etməyə borclu olduğunu vurğulayıb: "Bizim gənclər Azərbaycan xalqını birləşdirən yaddaş tarixini heç bir zaman unutmamalıdırlar. Bu gün bizim gəncliyin qarşısında böyük və məsuliyyətli vəzifə durur. Bu vəzifə Ali Baş Komandanın, Azərbaycan prezidenti İlham Əliyevin vətəni qorumaq və torpaqlarımızı işğaldan azad etməklə bağlı əmrinə hazır olmaqdır".
banner

Oxşar Xəbərlər