• cümə axşamı, 28 mart, 22:10
  • Baku Bakı 13°C

“Amnistiya aktı ümumi məhbusların 1/3-nə şamil ediləcək”

20.05.16 12:51 1154
“Amnistiya aktı ümumi məhbusların 1/3-nə şamil ediləcək”
"1995-ci ildən bu günə qədər 61 əfv fərmanı və 10 amnistiya aktı qəbul edilib".
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Milli Məclisin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirə olunduğu xüsusi iclasında deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə amnistiya aktının iyunun 15-dən qüvvəyə minəcəyini qeyd edib: "Hər 100 min nəfərə münasibətdə respublikamız keçmiş sovet ölkələrini qabaqlayıb, Avropa ölkələri ilə bir sıradadır. Amnistiya aktı məhbusların ümumi sayının üçdə birinə şamil ediləcək və bu sahədə Azərbaycanın göstəricisi daha da yaxşılaşacaq. Bundan əvvəl amnistiya aktı şamil olunan məhbuslar arasında təkrar cinayət törədənlər, demək olar ki, yoxdur. Bu da amnistiya aktının məqsədinə nail olduğunu göstərir”.
Daha sonra qərar layihəsi ilə bağlı müzakirə başlayıb.
banner

Oxşar Xəbərlər