AZE | RUS | ENG |

"Amnesty International" ermənilərlə ortaq taktika həyata keçirir

"Amnesty International" təşkilatının konkret dairələrin marginal maraqlarına xidmət etdiyi şübhəsizdir və bunu sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Yaxşı xatırlayırıq ki, 2012-ci ildə "Avroviziya” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirildiyi ərəfədə nədənsə "Amnesty International" təşkilatının yadına insan hüquqları düşür. Bundan başqa, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə strateji əhəmiyyətli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ərəfələrində də biz analoji halları müşahidə edirik. Elə bu məqamın özü aşkar göstərir ki, "Amnesty International" təşkilatının Azərbaycana qərəzli mövqeyi müəyyən dairələrin istəyi əsasında formalaşır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq qeyd edib ki, Azərbaycana qarşı qərəz kampaniyasında insan hüquqları məsələsinin bir alət kimi istifadə olunması Avropa İnsan Hüquqları Konvensiyasına, ümumilikdə, insan hüquqlarına ən böyük hörmətsizlikdir. "Amnesty International" öz missiyası kimi insan hüquqlarının müdafiəsini göstərir. Belə olan halda bu təşkilat niyə insanları qruplara ayırır, "özümünkü-yad” yanaşmasını fəaliyyətinin əsas prinsipi kimi müəyyənləşdirib?! Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində həlak olan dinc sakinlərin sayı milyonlarladır. "Amnesty International"ın bununla bağlı bir hesabatı varmı? Təbii ki, yoxdur. Görünür təşkilatın "meyarlarına” görə onlar hüquqsuz insanlar olublar. Bundan başqa, çoxsaylı dinc azərbaycanlının Ermənistanın hərbi-siyasi vandalizminin qurbanı olması "Amnesty International" təşkilatının diqqətindən kənarda qalmaqdadır. Təbii ki, belə faktları çox sadalamaq mümkündür.
E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycana qarşı zaman-zaman əsassız iddialarla çıxış edən "Amnesty International" təşkilatının insan hüquqları amilini bir alət kimi istifadə etməsi təəssüf doğurur və dünya miqyasında onun mənfi imicini möhkəmləndirir.
Təşkilatın ölkəmizə qarşı növbəti uydurma iddiası UEFA-nın Avropa Liqasının finalının Azərbaycanda keçirilməsi ilə bağlıdır. Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini pisləyən təşkilatın rəsmisi heç bir arqument gətirmədən ölkədə insan hüquqlarının vəziyyətini tənqid edir. Ayrıca olaraq, erməni futbolçu Mxitaryanın təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunacağı bildirilsə də, o, Azərbaycana gəlməkdən imtina edib. Halbuki erməni idmançılar bir neçə dəfə Azərbaycanda yarışlarda iştirak ediblər və onlara qarşı hər hansı bir ayrı-seçkilik halına yol verilməyib. Deməli, "Amnesty International" təşkilatı idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir. Bütün bunlar bir daha sübut edir ki, "Amnesty International" daim qərəzli mövqe nümayiş etdirən, öz imicini artıq çoxdan korlamış bir təşkilatdır. Belə bir təşkilatın insan hüquqlarının qorunması sahəsində Azərbaycana qarşı iddialar irəli sürməsi heç bir mənəvi və əxlaqi çərçivəyə sığmır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056