AZE | RUS | ENG |

AMİP-in sabiq sədri: "İlham Əliyevin alternativi yoxdur"

AMİP-in sabiq sədri:
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatı qərəzlidir".
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə deyib.
 
O bildirib ki, ATƏT-in müşahidə missiyası heç bir əsas olmadan prezident seçkilərinin legitimliyini şübhə altına alır: "Onda sual yaranır ki, namizədlərin qeydə alınması mərhələsində ATƏT belə bəyanatla niyə çıxış etməyib? Bu büro 2003-cü il, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi qismində çıxış edib və pozitiv bəyanat yayıb. İndi də həmin siyasi partiya və İlham Əliyev hakimiyyətdədir. İndi nə dəyişib? Əksinə, ötən dövr ərzində cənab İlham Əliyevin apardığı siyasətə görə nüfuzu həm xalq, həm də beynəlxalq ictimaiyyət arasında xeyli artıb. Belə olan halda ATƏT-in müşahidə missiyasının məhz indi belə bəyanat yayması doğrudan da absurddur. Bu onu göstərir ki, bəyanatı qərəzlidir".
 
Y. Bağırzadə deyib ki, hazırda Azərbaycanda bütün sahələrin, əsasən də qeyri-neft sektorunun inkişafı İlham Əliyevin adı ilə bağlıdır: " Azərbaycanın beynəlxalq imici yüksəlib, TAP, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi nəhəng layihələr həyata keçirilir. Bunlar hamısı İlham Əliyevin uğurlarıdır. Bu baxımdan hesab edirəm ki, siyasi səhnədə İlham Əliyevin alternativi yoxdur və o, xalq tərəfindən dəstəklənir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000