• çərşənbə axşamı, 23 aprel, 20:10
  • Baku Bakı 20°C

AMİP-in sabiq sədri: "İlham Əliyevin alternativi yoxdur"

16.04.18 15:20 969
AMİP-in sabiq sədri: "İlham Əliyevin alternativi yoxdur"
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatı qərəzlidir".
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki,ATƏT-in müşahidə missiyası heç bir əsas olmadan prezident seçkilərinin legitimliyini şübhə altına alır: "Onda sual yaranır ki, namizədlərin qeydə alınması mərhələsindəATƏTbelə bəyanatla niyə çıxış etməyib? Bu büro 2003-cü il, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi qismində çıxış edib və pozitiv bəyanat yayıb. İndi də həmin siyasi partiya vəİlham Əliyevhakimiyyətdədir. İndi nə dəyişib? Əksinə, ötən dövr ərzində cənabİlham Əliyevin apardığı siyasətə görə nüfuzu həm xalq, həm də beynəlxalq ictimaiyyət arasında xeyli artıb. Belə olan haldaATƏT-in müşahidə missiyasının məhz indi belə bəyanat yayması doğrudan da absurddur. Bu onu göstərir ki, bəyanatı qərəzlidir".
Y. Bağırzadə deyib ki, hazırda Azərbaycanda bütün sahələrin, əsasən də qeyri-neft sektorunun inkişafıİlham Əliyevin adı ilə bağlıdır: " Azərbaycanın beynəlxalq imici yüksəlib, TAP,TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi nəhəng layihələr həyata keçirilir. Bunlar hamısıİlham Əliyevin uğurlarıdır. Bu baxımdan hesab edirəm ki, siyasi səhnədəİlham Əliyevin alternativi yoxdur və o, xalq tərəfindən dəstəklənir".
banner

Oxşar Xəbərlər