• cümə axşamı, 25 aprel, 10:27
  • Baku Bakı 14°C

Amerikanın desant gəmisi Qara dənizə daxil olub

18.08.18 12:15 457
Amerikanın desant gəmisi Qara dənizə daxil olub
Amerikanın sürətli desant gəmisi "Carson City" Qara dənizə daxil olub.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.
Gəmi Bosfor boğazını çərşənbə günü keçib və bölgədə hərbçi və texnika daşınması üzrə cari əməliyyatların həyata keçirilməsi üçün Qara dənizə doğru istiqamətlənib.
"Carson City" itiyeriyən "Spearhead" tipli 9 desant gəmisindən biridir. Onun uzunluğu 100 metrdən çoxdur, sürəti isə saatda 43 dəniz milinə çatır. O, 312-yə yaxın hərbçi daşımaq iqtidarındadır, bundan əlavə vertolyot meydançası ilə təchiz edilib.
banner

Oxşar Xəbərlər