• cümə, 29 Mart, 10:58
  • Baku Bakı 5°C

Amerikalı voleybolçu: “Bakıda sanki yol hərəkəti qaydaları yoxdur“

01.11.13 17:42 1274
Amerikalı voleybolçu: “Bakıda sanki yol hərəkəti qaydaları yoxdur“
Azərbaycana transferi ABŞ yığmasının voleybolçusu Lauren Gibbemeyerdə böyük təəssüratlar yaradıb. Apasport.az saytının məlumatına görə, bu il “Lokomotiv”ə keçən voleybolçu Bakıda diqqətini çəkən 5 məqamı qabardıb. Şimalı amerikalının bu qeydləri kifayət qədər maraq doğurur.
1. Hər şeydən öncə mənim mənzilim fantastikdir. Komandam məni gözlədiklərimdən də artığı ilə təmin etdi. Bu, 2 yataq otağı, 2 hamamı, 3 eyvanı, mətbəxi və foyesi olan böyük evdir. Mən belə olacağını gözləmirdim, indisə dostlarımla ailəm yanıma gələ bilərlər. Buyurun!
2. Komanda yoldaşlarım tanınmış voleybolçulardır. Onlar həm də çox yaxşı insanlardır. Əksəriyyəti ingiliscə danışa bilir. Azərbaycan çempionatı onunla unikaldır ki, məşqçi və oyunçuların əksəriyyəti müxtəlif ölkələrdən buraya yığışıb. Bizim məşqçilər korpusu Argentina və İtaliyadandır. Komandamızda Rusiya, ABŞ, Xorvatiya, Litva, Dominikan Respublikası, Cənubi Koreya, Serbiya, Türkiyə və Bolqarıstandan oyunçular var. İlk dəfə olaraq, bu il komandamda başqa amerikalılarla oynayıram. Buna sevinməyə bilmərəm. Ölkə xaricində olduğun vaxt ətrafımdakılardan kiminləsə yaxın münasibət qurub, bir-birinə kömək edə bilirsənsə, bu, yaxşıdır.
3. Bakıda bir çox məqamlar diqqətimi cəlb etdi:
- Daim səs-küy.
- Bakıda sanki yol hərəkəti qaydaları yoxdur.
- Küləklərinin bir-birini əvəz etməsi.
- Kişilər daim kostyumda olur.
- Heyvanları ictimai yerlərdə kəsirlər. Bu mənim evimin qarşısında da var.
- Fikrimcə, burada orta səviyyə yoxdur.
- Arxitektura adamı valeh edir.
- Taksi ucuzdur, amma ehtiyatlı olmaq lazımdır. Sayğacı olmayanlar aldatmağa cəhd edir.
- Ətrafındakı insanların çoxu kişilərdir.
- İtlər, pişiklər və uşaqlar hər yerdə pulsuz gəzirlər.
- Buradakı hərəkət Los-Ancelesdəkinə bənzəyir.
- Hami sizə baxır. Elə bil ki, üzlərinə gülən kimi yaxınlaşmaq şansı verəcəksən.
4. Bir müddət əvvəl müsəlmanların bayramı oldu (Qurban bayramını nəzərdə tutur - red). Menecerimiz mənə dedi ki, bu bayram bizim Miladla eyni sayılır. Həmin gün mən mağazaları gəzişmək istədim. Yolun kənarında qoyunları gördüm. Belə böyük şəhərdə bu bir az qəribə görünürdü. Artıq evə qayıdanda isə həmin heyvanları kəsilmiş gördüm. Mən bu səhnəni görəndə qışqırdım və ətrafdakılar mənə tərs-tərs baxdılar. Amerikalı komanda yoldaşlarıma isə bu bərədə danışmaq istəsəm də, bu alınmadı. Çünki onlar da oxşar səhnənin şahidi olduqlarından buna ehtiyac yox idi. Yazıqlar...
5. Yeni komandamda ilk matçım “İqtisadçı” adlanan, çox güclü bir kluba qarşı idi. Həmin oyunda gözləmədiyimiz hesabla uduzduq. Bu, mənim çıxış etdiyim ən uğursuz matçlardan biri idi. Buna çox üzülmürəm, çünki bu qarşılaşmaya qədər yeni toplaşdığımızdan anlaşma istənilən səviyyədə deyildi. Məni ən çox qəzəbləndirən, voleybolçuların meydanda can qoymamağıdır. İndiyədək heç vaxt topun bu qədər asanlıqla yerə düşməsini görməmişdim. Klubumuzda çox istedadlı voleybolçular var. Lakin biz vahid komanda şəklində oynamasaq, bunun heç bir faydası olmayacaq. Buna da vaxt lazımdır və əminəm ki, buna nail olacağıq.
banner

Oxşar Xəbərlər