• şənbə, 27 Aprel, 04:27
  • Baku Bakı 14°C

Amerikalı senatorlar Ukraynaya gedir

13.03.14 13:38 970
Amerikalı senatorlar Ukraynaya gedir
Nüfuzlu respublikaçı senator Con Makkeynin başçılığı ilə 8 senatordan ibarət ABŞ nümayəndə heyəti Ukraynaya səfər edəcək.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Rusiya ilə münaqişədə Ukraynaya dəstək nümayiş etdirməkdir. Nümayəndə heyətində 5 respublikaçı və 3 demokrat senator var. Onlar bu axşam Vaşinqtondan Kiyevə uçacaqlar.
Qeyd edək ki, C. Makkeyn Rusiyanın imperialist siyasətinin ən sərt tənqidçisi kimi tanınır. O, Maydan hərəkatı zamanı da Kiyevə səfər etmişdi.
banner

Oxşar Xəbərlər