• çərşənbə, 17 Aprel, 02:04
  • Baku Bakı 14°C

Amerikalı investor Avropada yeni turnir keçirəcək

14.03.18 13:25 691
Amerikalı investor Avropada yeni turnir keçirəcək
Avropa klubları arasında yeni turnir keçirilə bilər.
Kaspi.az xəbər verir ki, bu ideyanın müəllifi amerikalı investor Stiven Rossdu. O, Avropanın top-klubları arasında Superliqa təşkil etməyi planlaşdırır.
İnvestor məsələ ilə bağlı artıq bəzi klubların rəhbərləri ilə müzakirələr də aparıb. İlkin məlumata görə, turnirdə "böyük beşlik”dən 24 komandanın iştirakı nəzərdə tutulur.
Turnir qapalı olacaq. Yəni çempionata yeni gələn və onu tərk edən komandalar olmayacaq. Almaniya mətbuatı iddia edir ki, bu ölkədən turnirə yalnız "Bavariya” və Dortmund "Borussiya”sı dəvət alacaq.
banner

Oxşar Xəbərlər