Amerikalı investor Avropada yeni turnir keçirəcək
Avropa klubları
arasında yeni turnir keçirilə bilər.
Kaspi.az xəbər
verir ki, bu ideyanın müəllifi amerikalı investor Stiven Rossdu. O, Avropanın top-klubları
arasında Superliqa təşkil etməyi planlaşdırır.
İnvestor məsələ
ilə bağlı artıq bəzi klubların rəhbərləri ilə müzakirələr də aparıb. İlkin məlumata
görə, turnirdə "böyük beşlik”dən 24 komandanın iştirakı nəzərdə tutulur.
Turnir qapalı
olacaq. Yəni çempionata yeni gələn və onu tərk edən komandalar olmayacaq.
Almaniya mətbuatı iddia edir ki, bu ölkədən turnirə yalnız "Bavariya” və
Dortmund "Borussiya”sı dəvət alacaq.