• cümə, 26 Aprel, 19:10
  • Baku Bakı 22°C

Amerikalı həmsədr: “Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”

11.03.17 16:45 752
Amerikalı həmsədr: “Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”
"Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”. APA-nın məlumatına görə, bu barədəATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib. O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır: "Biz hazırda fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində cəmləşdirmişik".
Diplomat xatırladıb ki, uzun illər ərzində Azərbaycan və Ermənistan prezidentləri görüşlər keçiriblər və yenə belə görüşlər təşkil olunmalıdır. Oəlavə edib ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.
R.Hoqlandın fikrincə, 25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb: "25 il ərzində danışıqlar nəticəsiz qalsa da, diplomatik fəaliyyətin məqsədi həll üçün müəyyən şəraitin yaradılmasıdır.Hər 3 ölkə höküməti və həmsədrlər münaqişə tərəfləri siyasi iradə ortaya qoyanadək səylərini davam etdirəcək".
R.Hoqland danışıqlar prosesində hər hansı həmsədr ölkənin daha aktiv iştirakını da təbii sayıb.O, bildirib ki, vaxtilə ABŞ dövlət katibi Kolin Pauell prosesdə fəallıq göstərib, sonra isə bu rol Fransaya keçib.

Amerikalı diplomat hesab edir ki, hazırda Rusiyanın danışıqlar prosesində aparıcı rol oynaması təbiidir: "Rusiya da daxil olmaqla, hər üç dövlət diplomatik fəaliyyətinin vacibliyini vurğulayır”.
R.Hoqland həmsədrlərinErmənistan rəhbərliyinin siyasi iradəsini gələn həftə sınaqdan keçirəcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, hər iki münaqişə tərəfi hərbi ritorikadan istifadə edir.
Dilomatın qənaətinə görə, bu kimi bəyanatlar daxili ictimaiyyətə yönəlir.
R.Hoqland onu da əlavə edib ki, beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var.Amerikalı həmsədrin fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur.

Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən R. Hoqland Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair qeydlərin olduğunu nəzərə çatdırıb.

Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.
banner

Oxşar Xəbərlər