Amerikalı həmsədr ATƏT-in baş katibi ilə görüşüb

Amerikalı həmsədr ATƏT-in baş katibi ilə görüşüb

Siyasət
16 Sentyabr 2013, 14:00 1214
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, o cümlədən tərəflər arasında etimad mühitinin yaradılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, ötən həftə C.Uorlik regiona ilk tanışlıq səfərini reallaşdırıb. O, Azərbaycan və Ermənistanda olub, təmas xəttində keçirilən monitorinqi müşayiət edib. C.Uorlikin sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti addımı BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüşlərin keçirilməsi olacaq.