• şənbə, 20 Aprel, 10:28
  • Baku Bakı 14°C

Amerikalı ekspert: Ermənistanın müharibə elan etməsi Qarabağ nizamlanmasnı çətinləşdirir

14.09.18 17:59 464
Amerikalı ekspert: Ermənistanın müharibə elan etməsi Qarabağ nizamlanmasnı çətinləşdirir
Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir.
Bunu Trend-ə amerikalı siyasi analitik, "Gulf State Analytics”in Vaşinqtondakı baş müşaviri Teodor Karasik deyib.
Ekspert qeyd edib ki, Yerevan "Şant-2018” təlimlərinə Ermənistan və Rusiya prezidentlərinin görüşündən dərhal sonra, ölkənin siyasi həyatındakı gərginlik fonunda başlayıb:
"Bu cür bəyanatlar ritorik xarakter daşıyır, amma aydındır ki, nizamlama prosesini də çətinləşdirir. Ona görə də münaqişə həm kiberməkanda, həm də real həyatda davam edəcək”.
Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.
banner

Oxşar Xəbərlər