• şənbə, 20 Aprel, 14:50
  • Baku Bakı 23°C

Amerikalı ekspert Azərbaycanın aparıcı mövqeyini dəyərləndirdi

09.04.15 08:23 1019
Amerikalı ekspert Azərbaycanın aparıcı mövqeyini dəyərləndirdi
“Sabah baş verə biləcək müharibələrlə bağlı qabaqcadan dəqiq xəbər vermək üçün biz bu günün problemlərindən gözümüzü çəkməli və nəzərə çarpmayacaq şəkildə alovlanmaya başlayan regionlara diqqət ayırmalıyıq”.
APA-nın məlumatına görə, bu barədə “The National Interest” əməkdaşı, analitik Cek Malkare (Jack Mulcaire) “Ermənistan və Azərbaycan arasında yaxınlaşmaqda olan müharibə” adlı yazısında bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı bu münaqişə hər gün daha da alovlanır və Azərbaycanla Ermənistan arasında hərbi münaqişənin mümkünlüyü günbəgün artır. Analitik müharibənin tarixindən yazıb: "Dağlıq Qarabağ müharibənin sonunda de-fakto müstəqilliyini elan etdi. Mübahisəli zonanın əsasən erməni əhalisi Ermənistan hakimiyyəti tərəfindən dəstəklənən və onun bir hissəsi hesab edilən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın nəzarəti altında yaşayır. Atəşkəsə baxmayaraq müharibə heç zaman rəsmən dayanmayıb və yumşaq desək, Azərbaycan hələ də inadlı şəkildə Dağlıq Qarabağın statusu ilə razılaşmayacağını deyir”.
Müharibənin təkrar baş verməsi üçün səbəblərdən yazan analitik Dağlıq Qarabağ məsələsində tərəflər arasında kompromisə getmək üçün yer olmadığını bildirib: “Azərbaycan bütün əraziəyə nəzarət etməkdən başqa bütün təkliflərdən imtina edir, Ermənistan isə Azərbaycanın suverenliyinin simvolik bərpasından başqa heç nə ilə razılaşmayacaq. Azərbaycanın öz ərazilərinin təxminən 1/5-dən imtina etməsini təsəvvür etmək çətindir".
Müəllifin fikrincə, son vaxtlar münaqişə daha çox hərbiləşib və daha da təhlükəli olub: "Azərbaycan və Ermənistan birinci müharibədən bəri öz silahlı qüvvələrini ixtisaslaşdırıb və silahlandırıb. Hər iki ölkənin silahlı qüvvələri arasında 100 km-lərlə təmas xətti var. Atəşkəsin elan olunmasından bəri tez-tez baş verən toqquşmalar zamanı yüzlərlə adam ölüb və atışmalar baş verib. Bu isə ərazinin hər an eskalasiyası üçün təhdid yaradır. 2014-cü ilin yazından bu toqquşmalar demək olar ki, hər gün baş verib və yalnız kimsə öldükdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilib”.
C. Malkare yaxın bir neçə ildə hərbi əməliyyatların artacağını da proqnozlaşdırır: “Azərbaycan liderləri bilir ki, hərbi balans onların xeyrinə artır. 2000-ci illərin ortalarından Azərbaycan hərbi potensilanın artması üçün 10 milyardlarla dollar sərf edib. İsrail Azərbaycanın ən güclü müdafiə tərəfdaşlarından birinə çevrilib. Azərbaycanın İsraildən aldığı pilotsuz təyyarələr Ermənistan artileriyasını zəbt etmək üçün inanılmaz gücə malikdir. Heç bir hidrokarbon ehtiyatları olmayan Ermənistan öz hərbi potensialını Azərbaycanın gücünə çatdıra bilməz və ona görə də Ermənistan və qondarma Dağlıq Qarabağ hakimiyyəti gələcəkdə baş verəcək müharibənin nəticəsini qabaqcadan anladıqlarından “nə qədər tez olsa o qədər yaxşıdır” prinsipindən çıxış edirlər".
Analitik onu da vurğulayıb ki, hərbi balans və coğrafi mövqe Azərbaycanın status-kvonu dəyişmək baxımından aparıcı mövqedə olduğunu diqtə edir.
banner

Oxşar Xəbərlər