Amerikalı ekspert: “Azərbaycan regionun əsas logistika mərkəzinə çevrilib”
"Son 26
il ərzində Azərbaycan kənd təsərrüfatı, neft hasilatı və qaz sənayesi sahələrində
böyük uğurlara nail olub və regionun əsas logistika mərkəzinə çevrilib”.
Bunu Trend-ə
Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq
Piter Teys deyib.
O vurğulayıb ki,
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan qoşunlarının işğalı altında
olmasına baxmayaraq, ölkənin iqtisadi artımı, qlobal layihələrdə getdikcə artan
rolu böyük təsir bağışlayır.
Ekspertin sözlərinə görə, bütün maneələrə
baxmayaraq, Azərbaycan bütün dünyaya nümayiş etdirib ki, ölkədə effektiv idarəetmə
mövcuddur, azad ticarət və açıq bazarlar dəstəklənir, eyni zamanda ölkə
regionda sabitliyin və təhlükəsizliyin dayağıdır. Bu isə öz növbəsində mövcud
Azərbaycan hökumətinin səmərəli kursunun göstəricisidir:
"Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən
inkişaf etmiş ölkəyə çevrilib. Son onillik ərzində Azərbaycan beynəlxalq ticarət,
logistika parklarının yaradılması, neft və qaz hasilatı sahələrində qlobal
iştirakçıya çevrilib”.
Azərbaycanın iqtisadi layihələrindən danışan P.Teys
"Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edib.
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi” Azərbaycanın
beynəlxalq arenada əldə etdiyi unikal imici daha da gücləndirir.
Ekspert onu da əlavə edib ki, bir müddət əvvəl işə
salınmış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Mərkəzi Asiyadan Avropaya məhsul
axınının cəlb olunması ilə Bakı və Ankara arasında daha fəal iqtisadi və ticarət
əməkdaşlığını təmin edəcək.