Amerikalı ekspert ADU tələbələri ilə görüşüb
Azərbaycan Dillər
Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında
amerikalı jurnalist, müstəqil tədqiqatçı, beynəlxalq münasibətlər üzrə ekspert
Piter Teys Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Görüşdə P.Teys "ABŞ-da
multikulturalizm ənənələri. Müasir mədəni müxtəlifliyə giriş” mövzusunda məruzə
ilə çıxış edib.
"Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədqiqatın aparılması məqsədi
ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti əsasında ölkəmizdə səfərdə
olan P.Teys öz məruzəsində ABŞ-da multikulturalizm ənənələrinin araşdırılması və
davam etdirilməsi, müxtəlifliyin qorunmasına yönəlmiş addımlar, xalqların və
etnik qrupların mədəni dəyərləri, müasir dövrdə ona yanaşma formaları haqqında
danışıb. O, həmçinin Azərbaycanın özünəməxsus multikulturalizm modeli ilə dünyada
tanınan bir ölkə olduğunu söyləyərək ölkəmizdəki multikultural dəyərləri,
tolerantlıq ənənələrini yüksək qiymətləndirib. P.Teys ölkə Prezidenti İlham Əliyevin
multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə bağlı dediyi sözləri
əsas tutaraq multikulturalizmin Azərbaycan və ABŞ modelləri arasında müqayisəli
təhlil aparıb.
Görüşün davamında qonaq tələbələri
maraqlandıran sualları cavablandırıb.