• cümə axşamı, 28 mart, 13:29
  • Baku Bakı 16°C

Amerikalı Ayaz haqda yazdı: Ürəyi döyünür, vicdanı var

18.04.19 13:15 681
Amerikalı Ayaz haqda yazdı: Ürəyi döyünür, vicdanı var
ABŞ vətəndaşı Mayk Koul "Spartak”ın futbolçusu Ayaz Quliyev haqda yazıb.
Kaspi.az xəbər verir ki, Quliyev Mayka fiziki xəsarət yetirmişdi. O isə futbolçunu məhkəməyə vermişdi. Daha sonra tərəflər arasında barışıq əldə olunub:
"Mən, Ayaz Quliyevin xəsarət yetirdiyi amerikalıyam. Mənim adım "Eli”, "Kelli”, yox, Maykdır. Bu gün Ayazla yenidən görüşdüm.
Artıq hər şey aydındır, o, hərdən özünə nəzarət edə bilmir. Ancaq bu oğlanın qəlbi döyünür, vicdanı var.
Ümid edirəm ki, bizim görüşümüz onun üçün dönüş nöqtəsi olacaq. Bu dəhşətli hadisəni gözəl sonluqla yekunlaşdıra bildik.
İkimiz birlikdə qərar qəbul etdik ki, Dağıstanın və Moskvanın xeyriyyə fondlarına böyük miqdarda vəsait keçirək. Onlardan biri evsiz insanlara kömək edir.
Fürsətdən istifadə edib bu bir həftədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hadisənin şahidlərinə, mənə salfet, su verənlərə. Xüsusən də qadınlara. Onlar Ayazı sakitləşdirməyə çalışırdılar. Ayaz, məni məyus etmə!”
banner

Oxşar Xəbərlər