• çərşənbə axşamı, 23 aprel, 10:47
  • Baku Bakı 20°C

Amerikadakı azərbaycanlı qaliblər

22.11.18 12:07 936
Amerikadakı azərbaycanlı qaliblər
Azərbaycanlı gənc ifaçılar Nail Qurbanov və Elvina Qurbanova Nyu Yorkda keçirilən "Florida Keys International Music Competition” musiqi yarışında qalib olublar.

İyunda seçim turlarında iştirak edən azərbaycanlı ifaçılar finala vəsiqə qazanıblar. Onlar seçim turundan sonra New Yorka "Carnegie Hall”-da keçirilən qala gecəsinə dəvət alıblar.

Elvina Qurbanova müsabiqədə skripkada Pablo de Sarasatenin "Gypsy Airs –if”-i səsləndirib, Nail Qurbanov isə solo Neopatelian mahnisi "o sole mio”nu ifa edib.

Skripka ifaçısı Elvina Qurbanova deyir ki, onların sözügedən müsabiqədə iştirakları heç də təsadüfi olmayıb: "ABŞ-ın günəşli Florida ştatında belə mötəbər bir yarışda iştirak etdiyimiz üçün özümüzü şanslı hesab edirik. Biz artıq 3-cü dəfədir ki, Amerikada beynəlxalq bir müsabiqədə Azərbaycanı təmsil edirik. Doğma diyarımızı musiqi ilə təmsil etmək bizim üçün şərəf və bir o qədər də məsuliyyətlidir. Əslində, bu müsabiqədə Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin qızı Pərvin Muradovanın rolu danılmazdır. Azərbaycan-Amerika-Mədəniyyətlərarası Assosiasiyanın müdiri vəzifəsində çalışan Töhfə Əminova həmin Assosiasiyanın prezidentidir. Onlar belə qərara gəldilər ki, Cövdət Hacıyevin 100-illik yubileyinə həsr olunmuş müsabiqə keçirsinlər. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan musiqisini təbliğ etmək-onun zəngin mədəniyyətini vətəndən kənarda nümayiş etdirmək və bunu bütün dünyaya tanıtmaq, sevdirməkdən ibarətdir. Pərvin xanım bu müsabiqəyə bir sıra bəstəkar və ifaçıları dəvət etmişdi. Onların arasında qalibiyyət əldə etmək həqiqətən də çox qürurvericidir”.

Nail Qurbanov isə "Florida Keys” müsabiqəsinin öz tələbləri olduğunu və bu müsabiqənin onlar üçün tramplin rolu oynadığını vurğuladı: "Bu müsabiqələr, festivallar bizə stimul verir. Biz öz ölkəmizdə- Azərbaycanımızda da beynəlxalq və yerli festivallarda iştirak edir və qabaqcıl yerlərə layiq görülürdük. İndi isə daha böyük arenada çıxış edirik. Əlbəttə ki, bunun məsuliyyəti daha ağırdır. Bacardığımız qədər ölkəmizi sərhədlərimizdən kənarda da təmsil edirik. Azərbaycanımızın dahi bəstəkarı olan Üzeyir Hacıbəyovun davamçıları olaraq fəxr edirik ki, onun yolunu davam edirik”.

Nail Qurbanov Los Angelosda "Yours” orkestrnın ikinci skripkaçısıdır. O, New Yorka "Carnegie Hall”-da keçirilən qala gecəsinə sonra daha iki konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, müsabiqənin professional kateqoriyası (A) peşəkar musiqiçilər üçün nəzərdə tutulub, hansı ki, bu gələcəkdə özünü peşəkar musiqiçi kimi görmək arzusunda olanlara aiddir. Həvəskar kategoriyası isə (B) kateqoriyasıdır ki, bura musiqiyə yeni həvəs göstərənlər üçündür. O kəslər ki, ilk addımlarını musiqi sahəsində başlamaq arzusundadırlar. Əqli və fiziki cəhətdən zəif olan iştirakçılar üçün (S) kateqoriyası da mövcuddur.
Elvina Qurbanova skripka üzrə A, Nail Qurbanov isə vokal üzrə A kateqoriyasının qalibi olub.

banner

Oxşar Xəbərlər