• cümə axşamı, 28 mart, 15:14
  • Baku Bakı 16°C

Amerika Universitetlərinin Təhsil Sərgisi keçiriləcək

16.10.18 20:45 782
Amerika Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
EducationUSA, ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə "Amerika Universitetlərinin Təhsil Sərgisi”ni keçirəcək.
20 oktyabrda saat 16.00-dan 19.00-a qədər "Hilton” otelində təşkil olunacaq sərgi, xaricdə təhsil almaq istəyən hər kəs üçün doqquz ABŞ universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa danışmaq və universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat almaq üçün imkan yaradacaq. Sərgidə ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri də iştirak edəcək. EducationUSA Azərbaycanın əməkdaşı Sevinc Hüseynova mətbuat konfransında sərginin əsas məqsədi açıqlayıb: "Məqsəd ABŞ-da təhsil almaq istəyən gəncləri bu ölkədən gələcək mütəxəssislərlə canlı görüşdürməkdir. Canlı görüşlərdə gənclər onları maraqlandıran bütün suallara cavab tapa bilirlər”. S.Hüseynovanın bildirdiyinə görə, ABŞ Departamenti tərəfindən maliyyələşən EducationUSA-nın 120 ölkədə 400 mərkəzi fəaliyyət göstərir: "Biz təhsil almaq istəyən gənclərə müqavilələr, proqramlar və universitetlər haqqında məlumatlar veririk. Bizim agentliklərdən fərqimiz, gənclərin özünü universitet axtarışlarına yönəltməkdir. ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin ABŞ-da ali təhsil almaqlarına yardım edirik”. Qeyd edildi ki, EducationUSA ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və yanvar ayından etibarən Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.
S.Hüseynovanın verdiyi məlumata görə, sərgidə Kaliforniya, İndiana, Florida, Corciya daxil olmaqla, 6 ştatdan 9 universiteti iştirak edəcək ki, bunlardan 7-i dövlət, 2-i özəl universitetlərdir: "Sərgi zamanı ABŞ-ın Azərbaycandakı səfirliyinin və konsulluğunun nümayəndələri iştirak edəcək və proqramlar, hansı ixtisaslar üzrə təqaüd imkanlarının olması haqqında məlumat veriləcək. ABŞ-da bütün dövlət universitetlərinin təqaüd proqramı var. Çox adam departamentdə bu qədər ödənişsiz proqram olduğundan məlumatsızdır. Məlumatlılıq baxımından da sərginin böyük əhəmiyyəti var”.
S.Hüseynovanın bildirdiyinə görə, 2017-ci ildə ABŞ universitetlərində 386 azərbaycanlı təhsil alıb ki, onların sayı bakalavr üzrə 148 , magistr üzrə 149 nəfər təşkil edib. Qalan rəqəmlər isə mübadilə və qısa proqramlar üzrə paylaşır.
EducationUSA-nın məsləhətçisi Leyla Həmidova qeyd etdi ki, gənclər universitet seçməmişdən öncə EducationUSA-nın "ABŞ-da 5 addım” təlimlərinə qatılmalıdırlar: "Bu təlimlər gənclərin ABŞ-da təhsil istiqamətində bütün suallarına cavab verir. ABŞ universitetlərinə qəbul olmaq istəyən gənclərin ingilis dili dərəcələri universitetlərə görə dəyişir. Təhsil üçün yaş məhdudiyyəti yoxdur”. Bu il sərgi 9 ölkədə keçiriləcək”.

banner

Oxşar Xəbərlər