• cümə, 19 Aprel, 06:29
  • Baku Bakı 13°C

Amerika trilleri həvəskarlarına yeni film təqdim olunur

11.03.14 14:21 1442
Amerika trilleri  həvəskarlarına yeni film təqdim olunur
Nizami Kino Mərkəzi martın 13-dən rejissor Xaume Kolyet-Serranın “Hava marşalı” filminin nümayişinə başlayacaq. Kinolent amerika və fransız kinematoqrafçılarının müştərək işidir.
Nizami kinoteatrından “Kaspi”yə verilən məlumata görə, triller, detektiv, döyüş janrında çəkilmiş bu film həyəcan və təşvişi sevən tamaşaçıların zövqündədir. Belə ki, baş qəhrəman Bill Marks sərnişinləri təhlükəsizliyini qoruyan hava marşalı olduğundan qitələrarası reys zamanı terrorçu–manyakdan hədə mesajları almağa başlayır. Bütün addımlarını hesablamış cinayətkar hava marşalının özünü şübhə altına salır. İndi Marks, ABŞ xüsusi xidmət orqanlarının nəzarətindədir. Onun məqsədi isə, partlayışa saylı dəqiqələr qaldığından, cinayətkarı tapıb zərərsizləşdirmək, ölüm astanasında tapdığı sevgilisini və sərnişinləri xilas etməkdir.
Filmdəki rollara Liam Nison, Lupita Nionqo, Culianna Mur, Mişel Dokeri və digər aktyorlar çəkilib.
Əziz kinosevərlər, film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər