AZE | RUS | ENG |

Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb

Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb
Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5,4 milyon barrel artaraq 444,6 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 1,5 milyon barrel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157