Amerika məktəbində dəhşət: 27 ölü

Amerika məktəbində dəhşət: 27 ölü

Təfsilat
15 Dekabr 2012, 09:44 1329
ABŞ-da məktəbdə atəş açan şəxsin evində axtarış aparılıb. ANS PRESS-in CBS telekanalına istinadən verdiyi məlumata görə, evdən cəsəd tapılıb.

“The New York Times” qəzeti isə xəbər verir ki, atışma nəticəsində ölən 27 nəfərin arasında ehtimal olunan cinayətkarın anası da var. O, həmin məktəbdə müəllim işləyib.

NBC telekanalının məlumatına görə, atışmanı 24 yaşlı Rayan Lenzanın törətdiyi ehtimal olunur.

“Reuters”in məlumatına görə, atışma zamanı məktəbdə azı 600 uşaq olub. Polis hadisə yerində “Glock” və “Sig Sauer” tipli iki tapança aşkarlayıb.