• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Amerika hərbçilərinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı

16.04.18 14:30 527
Amerika hərbçilərinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı
Ağ Ev amerikalı hərbçilərin tez bir zamanda Suriyanı tərk edəcəyini bəyan edib.
Trend-in məlumatına görə, ABŞ koalisiya qüvvələrinin Suriyada hərbi və iqtisadi öhdəlikləri öz üzərinə götürməsini gözləyir.
Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, ABŞ prezidenti Donald Tramp da hərbçilərin tezliklə qayıtmasını istəyir.
"Bununla belə, bölgədə terror qruplaşmalarının məhvi ən önəmli məsələ hesab edilir", - Sanders belə deyib.
Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.
banner

Oxşar Xəbərlər